Hava şəraitinə görə daha 90 nəfər xəsarət alıb

Hava şəraitinə görə daha 90 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 24 fevral tarixindən bu saata qədər 90 nəfər müraciət edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

15 nəfər əməliyyat üçün stasionara qəbul edilib.

Editor

Related Posts