Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Çox şad olardım ki, gəlinim erməni olardı, amma mənim oğlum yoxdur”

“Çox şad olardım ki, gəlinim erməni olardı, amma mənim oğlum yoxdur”

“Deyirəm, mən çox şad olardım ki, gəlinim erməni olardı, amma taleyim elə olub ki, mənim oğlum yoxdur, bir dənə qızım var”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Musavat.com-a müsahibəsində Azərbaycanın sabiq Baş naziri Artur Rasi-zadə deyib.

Sabiq baş nazir jurnalistin sovet ordusunu Bakıya onun dəvət etməsi ilə bağlı iddialar barədə sualına belə cavab verib:

“Təsəvvür elə də, belə şey ola bilməz. Deyən gərək, axı, siz 1,5-2 il hakimiyyətdə oldunuz, bir yoxlayardınız da. Teleqram qeydiyyatdan keçməlidir, onun əsası qalmalıdır. Hə, Rasizadənin anası ermənidir, gəlini də ermənidir. Deyirəm, mən çox şad olardım ki, gəlinim erməni olardı, amma taleyim elə olub ki, mənim oğlum yoxdur, bir dənə qızım var…Ə, belə şey olar? Bununla nə qazanırsınız? Bu, hansı dəyirmana su tökməkdir? Gəl mən anamın pasportunu sənə göstərim, gör ermənidir? Lap tutaq ki, erməni olaydı. Rasizadə nə edibsə, hökumət üçün, xalq üçün, millət üçün, ölkə üçün eləyib. Ata-anası tam azərbaycanlı olan bəziləri nə ediblər? Ehh…Bilmirsən savadsızlıqdır, ya başqa dərdləri yoxdur, ya nədir? Mən baş qoşmuram”.

Editor

Related Posts