Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Bakıda spirt içən daha iki nəfərin öldüyü bildirilir

Bakıda spirt içən daha iki nəfərin öldüyü bildirilir

Bakıda daha iki nəfərin texniki spirtdən zəhərlənərək öldüyü bildirilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Lent.az məlumat yayıb.

Bildirilib ki, ölüm hadisələri Sabunçu və Nizami rayonlarında qeydə alınıb.

“Sabunçu rayonunda 45 yaşlı E. Qasımov və Nizami rayonunda 53 yaşlı A. İsayev metil spirtindən zəhərlənərək ölüblər. Əldə etdiyimiz məlumata görə, Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı 18-ə çatıb”, – mətbuat orqanı yazır.

Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfərin texniki spirtdən zəhərlənərək ölməsi barədə məlumat yayılıb. Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Editor

Related Posts