Ötən il Türkiyə vətəndaşı olan kişilərlə 2 min 195 azərbaycanlı qadın evlənib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, əvvəlki illə müqayisədə Türkiyə vətəndaşı ilə evlənən azərbaycanlı qadınların sayı ötən il 23% və ya 646 nəfər azalıb.
Ötən il evlənənlərin sayı azalsa da, evli olduğu Türkiyə vətəndaşından boşanan azərbaycanlı qadınların sayı artıb. Belə ki, 2023-cü illə müqayisədə ötən il Türkiyə vətəndaşından boşanan azərbaycanlı qadınların sayı 6,3% və ya 31 nəfər, 10 il əvvəl ilə müqayisədə isə 2,4 dəfə artıb. Ümumiyyətlə son 10 ildə Türkiyə vətəndaşından boşanan azərbaycanlı qadınların sayı 3 min 766 nəfər olub.
Bundan başqa, ötən il Türkiyə vətəndaşı olan qadınlarla 243 azərbaycanlı kişi evlənib. Əvvəlki illə müqayisədə Türkiyə vətəndaşı ilə evlənən azərbaycanlı kişilərin sayı ötən il 7% və ya 18 nəfər azalıb.
Qadınlardan fərqli olaraq ötən il Türkiyə vətəndaşından boşanan azərbaycanlı kişilərin sayı azalıb. Belə ki, 2023-cü illə müqayisədə ötən il Türkiyə vətəndaşından boşanan azərbaycanlı kişilərin sayı 14,3% və ya 4 nəfər azalıb. Ümumiyyətlə son 10 ildə Türkiyə vətəndaşından boşanan azərbaycanlı kişilərin sayı 214 nəfər olub.
Məlumat üçün bildirək ki, Türkiyə vətəndaşlarından boşanan əcnəbi qadınlar arasında azərbaycanlılar 1-ci sırada qərarlaşıb.
Növbəti yerlərdə 493 boşanma ilə Almaniya, 482 boşanma ilə Özbəkistan, 472 boşanma ilə Suriya, 235 boşanma ilə Rusiya vətəndaşları gəlir.
Son 10 ildə Türkiyə vətəndaşları ilə evlənən və boşanan Azərbaycan vətəndaşı olan qadın və kişilərin sayı belə olub:
