Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Hüseyn Abdullayevə hökm oxunub

Hüseyn Abdullayevə hökm oxunub

Keçmiş deputat, 2018-ci ilin aprelindən həbsdə olan Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin vəkilləri çıxış edib.

Onlar müdafiə etdikləri şəxsə bəraət verilməsini xahiş ediblər.

Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Hüseyn Abdullayev 3 il dövlət və özəl sektorda vəzifə tutmaq hüququ məhdudlaşdırılmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Cəzasının başa çatmasına ay yarım qalmış – ötən ilin martında onun barəsində yenidən cinayət işi başlanıb.

Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsilə ittiham verilib.

O, bir neçə ölkədə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir.

Lakin sabiq deputat hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı.

Editor

Related Posts