Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Tramp Rusiyaya qarşı sanksiyaları daha 1 il uzadıb

Tramp Rusiyaya qarşı sanksiyaları daha 1 il uzadıb

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı 2014-cü il martın 6-dan 2022-ci il fevralın 21-dək tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrinin yaydığı sənəddə bildirilir.

Sənəddə Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərinə və Krımın ilhaqına cavab olaraq, habelə Vladimir Putinin 2022-ci il fevralın 21-də qondarma “DXR” və “LPR”nin müstəqilliyini tanıyan bəyanatından sonra qəbul edilmiş sanksiyalar göstərilir.

Sənəddə deyilir: “Bu sərəncamlarda göstərilən hərəkətlər və siyasətlər ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə törətməkdə davam edir”.

Qeyd olunur ki, sanksiyalar 2025-ci il martın 6-dan sonra da qüvvədə qalmalıdır.

ABŞ, Aİ, Böyük Britaniya və bir sıra digər ölkələr Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ona qarşı bir sıra sanksiyalar paketi tətbiq edib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərinə görə, Qərb ölkələri Rusiya Mərkəzi Bankının 300 milyard avro ehtiyatını və rus oliqarxlarının 19 milyard avro şəxsi vəsaitini bloklayıb.

Avropa Parlamenti Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirləri təmin etməklə Ukraynaya 35 milyard avro kredit ayırıb. Avropa Parlamentinin sədri Roberta Metsola bildirib ki, bu, Rusiyanın bir təcavüzkar kimi Ukraynaya vurduğu ziyanı ödəməli olduğuna dair “güclü siqnaldır”.

2024-cü ilin dekabrında ABŞ Xəzinədarlığı Ukraynaya 20 milyard dollarlıq kredit elan edib və bu kreditin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına ödənilməsi gözlənilir.

Səudiyyə Ərəbistanında keçirilən görüşdə Rusiya nümayəndə heyəti ABŞ nümayəndələrindən xaricdəki dondurulmuş aktivlərin blokdan çıxarılması və sanksiyaların yumşaldılması məsələsini nəzərdən keçirməyi xahiş edib. Bir gün əvvəl keçmiş prezident Donald Tramp ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yalnız müharibə bitdikdən sonra ləğv etməyə hazır olacağını bildirmişdi.

Editor

Related Posts