“Ukraynada nizamlanma həm Kiyevin, həm də Moskvanın yalnız iştirakı ilə həyata keçirilə bilər”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ənənəvi Ramazan iftar süfrəsi münasibətilə səfirlər qarşısında çıxışı zamanı deyib.
“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam etsək də, nə Rusiya, nə də Ukrayna olmadan mümkün həll yolunun tapıla bilməyəcəyinə inanırıq”, – ölkə başçısı deyib.
Ərdoğan əlavə edib ki, üç il davam edən münaqişə ərzində Ankara “yanğına yağ tökmədən Ukrayna böhranının həllini tapmağa çalışıb”.