Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişi etdi

Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişi etdi

Rusiyanın “AlfaStraxovaniye” sığorta şirkəti AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar aviaskaiko sığortası üzrə sığorta kompensasiyasının tam ödənişini həyata keçirib.

Birinci24 informasiya agentliyi “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik məlumat verib.

O, həmçinin, şirkətin artıq sərnişinlərə dəyən ziyana görə ödənişlər etməyə başladığını bildirib.

Onun sözlərinə görə, Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsi, eləcə də daşıyıcının sərnişinlər qarşısında məsuliyyəti “AlfaStraxovaniye” sığorta şirkəti tərəfindən sığortalanıb.

Kabaçnik təyyarə üçün tam həcmdə sığorta məbləği üzrə ödənişin fevral ayında edildiyini bildirib.

Lakin o, aviasiya sığortası ödənişinin məbləğini açıqlamayıb.

“Sərnişinlərə dəymiş ziyanın və zərərçəkmişlərə və onların qanuni nümayəndələrinə daşıyıcının məsuliyyətinin sığortası üzrə sığorta ödənişlərinin hesablanmasına “AlfaStrakhovanie” şirkəti tərəfindən bu ilin yanvarında başlanılıb və hazırda da davam etdirilir”, – deyə şirkət nümayəndəsi bildirib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub.

Editor

Related Posts