Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Paşinyan nəqliyyat xətlərini açmağa hazır olduğunu deyir, Azərbaycan XİN isə bunu öhdəliklərdən yayınmaq cəhdi adlandırır

Paşinyan nəqliyyat xətlərini açmağa hazır olduğunu deyir, Azərbaycan XİN isə bunu öhdəliklərdən yayınmaq cəhdi adlandırır

Ermənistan baş naziri Nikol Paşinyan bütün regional iqtisadi və nəqliyyat xətlərinin açılmasına hazır olduğunu bildirib.

“Azərbaycanın qərbindən Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına (MR), geri, Azərbaycan (Naxçıvan MR) ərazisindən keçərək Ermənistanın Meğri şəhərindən Yerasx şəhərinə qədər və geri istiqamətdə nəqliyyat yolları da daxil olmaqla, bütün regional iqtisadi, nəqliyyat xətləri açılmağa tamamilə hazırdır. Yalnız Azərbaycanın razılığı lazımdır ki, bu, həyata keçirilsin”, – Paşinyan “Armenpress” xəbər agentliyində dərc olunan məqaləsində yazıb.

O, Ermənistan üzərindən Naxçıvan MR-ə keçid üçün hazırda infrastrukturun olmadığını, ancaq bunun sürətlə həll edilə biləcək məsələ saydığını deyib. Eyni zamanda o qeyd edib ki, Azərbaycanın Ermənistan üzərindən Türkiyəyə tranzit daşımları üçün infrastruktur mövcuddur: “Yük avtomobilləri Laçın-Kornidzor istiqaməti ilə Kornidzor keçid məntəqəsindən keçərək Ermənistan ərazisinə daxil ola, bizim yollarımızla Ermənistan-Türkiyə sərhədinə gedə bilər və Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilər. Eyni şey əks istiqamət üçün də keçərlidir”.

Ermənistan baş nazirinin sözlərinə görə, onun hökuməti yükdaşımaların təhlükəsizliyini təmin etməyə hazırdır: “Amma əgər Azərbaycan sürücüləri üçün psixoloji çətinliklər varsa, bu yükdaşımalar Türkiyə yük avtomobilləri ilə təşkil oluna bilər. Çünki bu avtomobillər həmişə səyahət edib və hazırda Ermənistan yollarında çox fəal şəkildə hərəkət edirlər”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın dediklərinə cavabında bildirib ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan MR ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib.

“Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır”, – XİN rəsmisi vurğulayıb.

Editor

Related Posts