ABŞ Ukraynaya kəşfiyyat məlumatı verməyi dayandırıb, lakin Rusiya və Ukrayna haqqında məlumatları ən yaxın müttəfiqlərinə ötürməkdə davam edir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Financial Times” qəzeti rəsmilərə istinadla məlumat yayıb.
“Vaşinqton Ukraynaya gedən kəşfiyyat kanallarını dondurub. Lakin ABŞ hələ də ən yaxın müttəfiqlərinə, o cümlədən Britaniyaya Rusiya və Ukrayna ilə bağlı kəşfiyyat məlumatları təqdim edir”, – nəşr yazıb.
“Fox News” telekanalının məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff də ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl “Daily Mail” qəzeti ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması fonunda Birləşmiş Ştatların Böyük Britaniyaya Amerika kəşfiyyat məlumatlarını Kiyevə verməsini qadağan etdiyini yazmışdı.
Onun sözlərinə görə, ABŞ kəşfiyyat məlumatlarının Kiyevdə yerləşən agentliklər vasitəsilə yayılmasına ciddi nəzarət edəcək.