Sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisənin anası tərəfindən törədildiyi ihtimal edildiyindən azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.
Bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyadan məlumat yayıb.
Azyaşlı övladına işgəncə ver anməkdə şübhəli bilinən ana saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib.
O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb. Saxlanılan şəxsə qarşı Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma aparılır.