Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Hərbi çağırışda rüşvət ittihamına görə vəzifəli şəxlərə cinayət işi açılıb

Hərbi çağırışda rüşvət ittihamına görə vəzifəli şəxlərə cinayət işi açılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov və onunla birgə daha bir neçə vəzifəli şəxsə qarşı cinayət işi açılıb.

Baş Prokurorluq ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında bildirilir ki, Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabit Emil Nəbiyev qabaqcadan əlbir olaraq rüşvət alıblar.

Məlumata görə, Ramin Şükürov 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyevlə birgə hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşdan “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində 8 min manat tələb edib.

Onların həmin pulun 2 min manatının rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hələlik, bu məlumatda adıçəkilən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Həmin maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Editor

Related Posts