Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi bağlanır

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi bağlanır

“Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant məlumat verib.

Onun sözlərinə görə, hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırlar: “Bu, bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”.

Hökumətin əsaslandırmasına görə, BQXK-nin yerli nümayəndəliyinin hazırkı fəaliyyətinə ehtiyac yoxdur. Hökumət hesab edir ki, BQXK-nin fəaliyyətini zəruri edən səbəblər artıq aradan qalxıb.

BQXK 2020-ci il müharibəsindən əvvəl Dağlıq Qarabağda rəsmi təmsil olunan iki beynəlxalq təşkilatdan biri idi – ikincisi, 2023-cü ildə bağlanan Halo Trust.

Hazırda BQXK yeganə təşkilatdır ki, Azərbaycanda erməni məhbuslarla görüşüb, onların saxlanma şəraitinin və sağlamlıqlarının qeydə alınmasına diqqət yetirir.

Azərbaycanda vətəndaş cəmiyyəti kiçilməkdə davam edir.

Bu ilin əvəlindən Azərbaycanda aralarında media qurumlarıının da olduğu daha bir neçə beynəlxalq təşkilatın fəaliyyəti dayandırılıb:

USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi)

BBC Azərbaycanca

“Amerikanın Səsi”

Sputnik Azərbaycan 

“Rus Evi”

“Transparency International” (Şəffaflıq Azərbaycan).

Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarına qarşı repressiyalar ilk dəfə 2014-cü ildə hökumətin qanunvericilikdə dəyişiklik edərək beynəlxalq təşkilatların yalnız Azərbaycanda qeydiyyatdan keçmiş filialı və ya nümayəndəliyinin olması və Ədliyyə Nazirliyi ilə müqavilə bağladığı halda qrant ayırmasına icazə verməsindən sonra başlayıb.

Bundan əlavə, belə təşkilatlar təlim sessiyalarından tutmuş konfranslara qədər istənilən tədbirə ev sahibliyi etmək üçün icazə almaq üçün müraciət etməli idilər.

Editor

Related Posts