Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Sudan az istifadə edən aşağı, çox istifadə edən yuxarı tariflə ödəniş edəcək”

“Sudan az istifadə edən aşağı, çox istifadə edən yuxarı tariflə ödəniş edəcək”

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlayıb.

Birinci24 informasiya agentliyi “Report”a istinadla xəbər verir ki, bunu Xidmətin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.

“Ölkə prezidentinin 10 oktyabr 2024-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da hədəf kimi nəzərdə tutulub ki, sudan ödənişli istifadə ilə bağlı qaydaların mexanizmi hazırlanmalı, yəni diferrensiallaşdırılmalıdır. Su strategiyasına uyğun olaraq bu gün qarşıya konkret hədəf qoyulub ki, sudan ödənişli əsaslarla istifadə diferensiallaşdırılsın. Bu o deməkdir ki, sudan az istifadə edən aşağı tariflə, çox istifadə isə yuxarı tariflə ödəniş edəcək. Məqsəd həm əhali, həm də qeyri-əhali sektorunun sudan qənaətlə istifadə etməsinin təşviq olunmasıdır. Artıq qanun layihəsi hazırlanıb. Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra bununla bağlı Tarif (Qiymət) Şurası qərar verəcək”, – deyə o qeyd edib.

Editor

Related Posts