Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Azdrama”da boğuşma da “Vətəndaş A”ya görədir? – Dava “Baş”la” başlayıb 

“Azdrama”da boğuşma da “Vətəndaş A”ya görədir? – Dava “Baş”la” başlayıb 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı son günlər mediada əməkdaşlarının verdiyi müsahibələrlə bağlı açıqlama yayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, martın 5-də Teatrda Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan tamaşanın məşqlərinə başlanıldığı bildirilib:

“Tamaşanın quruluşçu rejissoru – Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün gənc və istedadlı aktrisa Günəş Tegini dəvət edib.

Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova müsahibəsində bu faktla bağlı etirazını bildirib. Daha sonra teatrın digər aktyorları – Xalq artisti Əli Nur və əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesablarında və saytlarda öz etirazlarını bidiriblər.

Günəş Təgin (“Vətəndaş A” serialında çəkilmiş aktrisa – red.) dəvətli aktrisa hesab olunmur. O, artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır. Son iki il ərzində Akademik Milli Dram Teatrı öz truppasını genişləndirmək və yeniləndirmək üçün gənc aktyorları cəlb edib. Məsələn, “Baş” tamaşasına kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin tələbə-aktyorlar həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar. Bu isə gələcəkdə aktyor bazasının gəncləşdirilməsi, gənc nəslin teatra cəlb olunması üçün ilkin addım hesab olunur. Bu proses gələcəkdə də davam edəcək”.

Teatrın bəyanatında sonda qeyd olunub: “Təəssüf ki, hansı tərəfdən baxsaq, bu, yaşlı nəslin gənc nəslə olan haqsız və yanlış qısqanclığıdır. Amma arzu edərdik ki, bu etirazı və qısqanclığı doğru olmayan üslubda və leksikonda konkret şəxsə – teatrın Bədii rəhbəri Mehriban Ələkbərzadəyə yönəltməkdənsə, teatrımızın müxtəlif istiqamətlərdə qazandığı uğurlara dəstək verib, təbliğ edib onlayn və sosial medianın gündəmini məhz bu işlərlə məşğul etsinlər”.

Editor

Related Posts