Qəzza zolağında son 24 saatda 30-u dağıntılar altından çıxarılmaqla, 35 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, son 24 saatda yaralanan fələstinlilərin sayı isə 10 nəfər olub.
Beləliklə, İsrailin 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumları nəticəsində ölən fələstunlilərin sayı 48 440, yaralanan fələstinlilərin sayı 111 min 845 nəfərə çatıb.
Nazirlik həmçinin bildirib ki, HƏMAS-la əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmaqda davam edir.
Qəzzanın Səhiyyə Nazirliyi, Qəzza zolağında atəşkəs razılaşmasının imzalanmasından bu yana İsrailin birbaşa hücumları nəticəsində 121 fələstinlinin öldüyünü, 500 nəfərin isə yaralandığını bildirib.