Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının qəzaya düşdüyü iddia edilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, hadisə Ağdam-Füzuli yolunda baş verib:
“Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.
Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib”.