İran ABŞ-lə mümkün danışıqların şərtini açıqlayıb.
Birinci24 informasiya agentliyi xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı İranın BMT-dəki missiyası bəyanat yayıb.
“Əgər danışıqların məqsədi İranın nüvə proqramının hər hansı potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdırsa, bu cür müzakirələr nəzərdən keçirilə bilər. Bununla belə, əgər məqsəd Obamanın əldə edə bilmədiyi şeyin indi əldə edildiyini iddia etmək üçün İranın dinc nüvə proqramını geri qaytarmaqdırsa, belə danışıqlar heç vaxt baş tutmayacaq”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, 2 gün əvvəl ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişi üzrə danışıqlar aparmaq istədiyini bildirib və İranın ali lideri Əli Xamneyiyə məktub göndərib.