Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Tofiq Yaqublu 9 il azadlıqdan məhrum edildi

Tofiq Yaqublu 9 il azadlıqdan məhrum edildi

Müsavat partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya 9 il həbs cəzası verilib. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələrilə təqsirli bilinib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hökmü Elnur Nuriyevin sədrlik etdiyi, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər heyəti çıxarıb.

T.Yaqublu ilə birlikdə mühakimə olunan Elnur Məmmədov isə 8 il azadlıqdan məhrum edilib.

T.Yaqublu Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən Elnur Məmmədov vasitəsiylə 25 min avro və 10 min manat alaraq onu aldatmaqda, ona saxta sənəd hazırlayıb verməkdə suçlanır. O, ittihamları rədd edir, siyasi sifariş sayır.

Dövlət ittihamçısı T.Yaqubluya 10 il, E.Məmmədova isə 9 il həbs cəzası verilməsini istəmişdi.

Qeyd edək ki, T.Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. O, daha öncə də – 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində, 2020-ci ildə xuliqanlıqda və başqa ittihamlarla təqsirləndirilib və bir neçə dəfə həbsdə olub. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişiylə cəzalandırıldığını bildirir.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Editor

Related Posts