Ötən il ərzində 48 min 296 nəfər Azərbaycan vətəndaşı turizm məqəsdi ilə Şuşa rayonuna səfər edib.
Birinci24 informasiya agentliyi açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Şuşaya gedənlərin 52,2%-ini (25 196 nəfər) kişilər, 47,8%-ni (23 100 nəfər) isə qadınlar təşkil edib.
Əvvəlki illə müqayisədə turizm məqəsdi ilə Şuşaya səfər edənlərin sayı 3,8 dəfə artıb. Belə ki, 2023-cü ildə Şuşaya 12 min 675 nəfər səfər edib.
Ötən il Şuşaya edilən səfərlərin 81%-i bir günlük olub. Şuşada bir həftədən çox qalan olmayıb. Edilən səfərlərin ancaq 1,4%-i (1 569 səfər) 4 gündən çox müddəti əhatə edib.
Turizm məqəsdi ilə Şuşaya edilən səfərlərin 94,4%-i istirahət və əyləncə üçün edilib. Səfərlərin 5,6%-i isə işgüzar məqəsədli olub.
Ötən il yerli turistlər Şuşada ümumilkdə 27 min 230 gecə keçiriblər və gecələmələrin 80%-i otellərdə olub. Digərləri isə qohumları, dostları ya da ailə üzvlərinə məxsus evlərdə gecələyiblər.
Şuşaya edilən səfərlərin 91,6%-i avtobuslarla, 8,4%-i isə şəxsi minik avtomobilləri ilə həyata keçirilib.
2024-cü il ərzində yerli turistlər Şuşa səfəri zamanı ümumilikdə 3 milyon 76,3 min manat xərcləyiblər. Bu vəsaitin 292,3 min manatını tur-paketlərin alınmasına, 2 milyon 784 min manatını isə yerləşməyə xərcləyiblər. Şuşaya gedən turistlərin orada başqa xərcləri (qidalanma, mədəniyyət, yanacaq, alış-veriş və s.) olmayıb.
Ötən il Şuşaya 48 min 296 nəfər Azərbaycan vətəndaşının səfər etdiyini nəzərə alsaq, o zaman Şuşa səfəri zamanı bir nəfər orta hesabla 63 manat 70 qəpik xərcləyib.
Onu da bildirək ki, əvvəlki illə müqayisədə ötən il turistlərin Şuşada xərclədiyi pullar 4 dəfəyə yaxıb azalıb. Belə ki, 2023-cü ildə Şuşaya səfər edən turistlər burada adambaşına orta hesabla 239 manat xərcləyiblər.