Son bir gündə ABŞ səhm bazarında məşhur şirkətlərin səhmlərində yenidən ucuzlaşma baş verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, 4 gün əvvəl – martın 10-da baş verən kəskin ucuzlaşmadan sonra şirkətlərin səhmlərinin qiymətində artımlar olub.
Lakin, qeyd edək ki, son bir gündə şirkətlərin səhmləri yenidən ucuzlaşmağa başlayıb.
ABŞ və eləcə də dünyanın bəzi aparıcı şirkətlərinin səhmlərinin qiyməti son bir gündə aşağıdakı kimi olub:
“Meta” 4,75% ucuzlaşaraq 590 dollara düşüb;
“Netflix” 3,33% ucuzlaşaraq 889 dollara düşüb;
“Starbucks” 2,75% ucuzlaşaraq 96 dollara düşüb;
“Alphabet” (“Google”) 2,69% ucuzlaşaraq 164 dollara düşüb;
“Uber” 2,63% ucuzlaşaraq 69 dollara düşüb;
“Tesla” 2,1% ucuzlaşaraq 242 dollara düşüb;
“Amazon” 1,84% ucuzlaşaraq 195 dollara düşüb;
“Visa” 1,45% ucuzlaşaraq 328 dollara düşüb;
“Mastercard” 1% ucuzlaşaraq 519 dollara düşüb;
“Walmart” 0,86% ucuzlaşaraq 84 dollara düşüb;
“McDonalds” 0,64% ucuzlaşaraq 297 dollara düşüb;
“Microsoft” 0,62% ucuzlaşaraq 381 dollara düşüb;
“Coca-Cola” 0,5% ucuzlaşaraq 69,6 dollara düşüb.