Today Bazar ertəsi, 17th Mart 2025
Birinci 24

Birinci 24

Türkiyədə İran kəşfiyyatına casusluq edən beş nəfər saxlanıldı

Türkiyədə İran kəşfiyyatına casusluq edən beş nəfər saxlanıldı

Türkiyədə İran kəşfiyyatına məlumat ötürdükləri müəyyən edilən 5 şübhəli saxlanılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Məlumata görə, əməliyyat İstanbul Respublika Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilib.

Qeyd olunur ki, İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat zabitləri ilə əlaqə qurduqları müəyyən edilən şübhəlilərin Türkiyədəki hərbi bazalar və strateji obyektlər haqqında məlumat əldə edərək, İran kəşfiyyatına ötürdükləri müəyyən edilib.

Barələrində həbs qərarı çıxarıldıqdan sonra İstanbul, Antalya və Mersində keçirilən əməliyyatlarda 5 şübhəli yaxalanıb.

Editor

Related Posts