Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Minsk Qrupu və digər strukturlar ləğv edilməlidir – Ceyhun Bayramov

Minsk Qrupu və digər strukturlar ləğv edilməlidir – Ceyhun Bayramov

ATƏT-in Minsk Qrupunun ləğvi vacibdir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri üçün Bakıda təşkil edilmiş iftar tədbirində çıxış edərkən deyib.

Post-münaqişə dövründə baş verən proseslər barədə danışan nazir çıxışı zamanı Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Bununla yanaşı, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi tələbimiz bir daha vurğulanıb. Bu xüsusda, ATƏT-in artıq aktual olmayan Minsk Qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.

Editor

Related Posts