Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Tramp Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir – KİV

Tramp Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir – KİV

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsinin həlli çərçivəsində Krımın Rusiyanın regionu kimi tanınması imkanlarını araşdırır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Semafor nəşri yazır.

“Tramp administrasiyası Krımı Rusiya ərazisi kimi tanımaq məsələsini nəzərdən keçirir”, – deyə nəşr bildirir.

Bundan əlavə, Ağ Ev rəhbərinin nümayəndələri ABŞ-ın BMT-dən eyni mövqe sərgiləməyi istəməsi ehtimalını müzakirə ediblər.

Nəşr hələlik heç bir qərarın verilmədiyinə diqqət çəkib. Semafor əlavə edib ki, nəzərdən keçirilən variant Ukraynadakı münaqişəyə son qoymaq üçün mümkün addımlardan biridir.

Editor

Related Posts