Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

İran İsrailin Qəzzaya yeni hücumlarında ABŞ-ni günahlandırır

İran İsrailin Qəzzaya yeni hücumlarında ABŞ-ni günahlandırır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İsrailin Qəzza zolağına yenidən hücumlarını pisləyib və anklavda baş verənlərə görə ABŞ-ni günahlandırıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

“Xarici İşlər Nazirliyinin nümayəndəsi bu hücumları işğal olunmuş Fələstin ərazisində soyqırım və etnik təmizləmənin davamı adlandırıb və sionist rejimin törətdiyi cinayətlərə görə (İsraili nəzərdə tutur – red.) ABŞ hökumətinin məsuliyyətinə işarə edib”, – İran XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, qadınlar və uşaqlar da daxil olmaqla yüzlərlə dinc Fələstin vətəndaşının kütləvi şəkildə öldürülməsi Vaşinqtonun razılığı ilə həyata keçirilir.

Qeyd edək ki, martın 18-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a məxsus hədəflərə böyük zərbələr endirdiyini bəyan edib.

Qəzza Səhiyyə Nazirliyinin son məlumatına görə, ölənlərin sayı 400-ü keçib, azı 562 nəfər yaralanıb. “Əl-Ərəbiyyə” telekanalının verdiyi məlumata görə, ölənlərin təxminən yarısı Qəzza zolağının inzibati mərkəzinə endirilən hava hücumunun qurbanı olub.

Editor

Related Posts