Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

“Neft Daşları”nda kran dənizə düşdü – Ölən var

“Neft Daşları”nda kran dənizə düşdü – Ölən var

“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Report”a SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.

Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.

Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

Editor

Related Posts