Ankara və İzmirdə də aksiyalara beş günlük qadağa qoyulub.
Birinci24 informasiya agentliyi NTV telekanalına istinadla xəbər verir ki, bu barədə Ankara və İzmir valilikləri qərar qəbul edib.
Qərara görə, hər iki şəhərdə qadağa qərarları bu gündən 25 mart saat 23:59-a qədər qüvvədə olacaq.
Bu günlər ərzində hər cür aksiya və ya mətbuata açıqlamalar qadağan ediləcək.
İstanbulda üç gündür qüvvədə olan qadağa isə martın 23-də başa çatacaq.
Ankarada qərar bu gün yerli vaxtla saat 14:00-da, İzmirdə isə yerli vaxtla saat 10:00-da qüvvəyə minib.
Qeyd edək ki, bundan əvvəl İstanbulda 19 mart-23 mart tarixlərində aksiyalar qadağan edilmişdi.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Cümhuriyyət Xalq Partiyasının çağırışı ilə İstanbul, Ankara və İzmir də daxil olmaqla, Türkiyənin müxtəlif bölgələrində aksiyalar başlayıb.