Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ya tarixə ləyaqətsiz millət kimi düşəcəksiniz, ya da…” – David Babayan ermənilərəçağırış etdi

“Ya tarixə ləyaqətsiz millət kimi düşəcəksiniz, ya da…” – David Babayan ermənilərəçağırış etdi

Dünən Xankəndidə ermənilər geniş etiraz aksiyası keçirib.

Azərbaycanın tərkib hissəsi olmaq istəmədiklərini bildirən ermənilər qondarma rejimin Qarabağın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayacağını bildirən bəyanat qəbul ediblər.

Sözügedən mitinqdə “dqr” “xarici işlər naziri” David Babayan da iştirak edib. 

“Artsaxı müdafiə etmək iqtidarındayıq, artsaxı Azərbaycanın bir hissəsi kimi tanıyan istənilən sənədi rədd edəcəyik”, – deyə David Babayan bildirib.

Babayan sözlərinə belə davam edib: “Biz bunu ümumbəşəri dəyərlərin, beynəlxalq hüququn və əxlaq normalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. İndi sizin hər biriniz seçim qarşısındasınız. Ya tarixə ləyaqətsiz, qorxaq, müqəddəs vətənini qoruya bilməyən nəsil kimi düşəcəksiniz, ya da prinsipial, mərd, vətənpərvər, müdrik nəsil kimi. Artsaxın və erməni xalqının şərəfini, tarixini və dəyərlərini sındırmaq, təhqir etmək, tapdalamaq mümkün deyil. Əminəm ki, belə də olacaq”.

Qeyd edək ki, Xankəndinin mərkəzi meydanına təyin olunmuş aksiyanı separatçıların qondarma “parlamenti” çağırıb.

Bildirilib ki, aksiyanın məqsədi Qərbin Qarabağla bağlı təklif etdiyi “sülh variantı”na etiraz etmək, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyana bir gün sonra (31 oktyabrda) keçiriləcək üçtərəfli görüş öncəsi təzyiq göstərməkdir.

Separatçı rejim bəyan edib ki, Qarabağ erməniləri Qərbin deyil, Rusiyanın təklif etdiyi variantın qəbul olunmasını istəyir – yəni Qarabağ məsələsi həll olunmamış qalır və status məsələsinə baxılmalıdır.

Editor

Related Posts