Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

13-cü dəfə həbs edildi- Bu dəfə bankomat qarşısında insanları aldadıb

13-cü dəfə həbs edildi- Bu dəfə bankomat qarşısında insanları aldadıb

43 yaşlı Tapdıq Əzizov 13-cü dəfə cinayət məsuliyyətinə cəlb edilib. Bu dəfə bankomatların qarşısında 3 nəfəri aldadaraq pullarını ələ keçirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Tapdıq Əzizov  Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə təqsirli bilinib.

T.Əzizov bankomatın qarşısında gözləyərək kartlarından pul çıxarmaq istəyən 3 nəfəri aldadıb. Belə ki, pul çıxarmaq üçün bankomata yaxınlaşan şəxslərə kömək etmək üçün onlardan kartını alıb. Kartın şifrəsini yığdıqdan sonra həmin şəxslərə bankomatda pul olmadığını deyərək oradan uzaqlaşdırıb. Lakin həmin ərəfədə kartdan pul çıxarılması əməliyyatını həyata keçiribmiş. Əldə etdiyi məbləğləri şəxsi ehtiyaclarına xərcləyib.

Dəfələrlə məhkum olunduğunu deyən T.Əzizov əməlindən peşman olduğunu bildirib.

Daha əvvəl oğurluq, talama, qəsdən sağlamlığa zərər vurma və başqa maddələrlə məhkumluq həyatı yaşayan T.Əzizov bununla 13-cü dəfə məsuliyyətə cəlb edilib.

Əzizov budəfəki cinayət əməlinə görə 3 il azadlıqdan məhrum edilib.

Editor

Related Posts