Today Cümə, 18th Aprel 2025
Birinci 24

Birinci 24

Zelenski: “Putin tezliklə öləcək və müharibə bitəcək”

Zelenski: “Putin tezliklə öləcək və müharibə bitəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin “tezliklə öləcəyini” və bununla da “müharibənin bitəcəyini” deyib. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, Zelenski bunu martın 26-da Fransaya səfəri çərçivəsində avropalı jurnalistlərə müsahibəsində bildirib. 

“Sizcə, Putin nədən qorxur?” sualına cavabında Zelenski deyib ki, Rusiya prezidenti hakimiyyətini itirməkdən qorxur. 

“Bu, Rusiya cəmiyyətində stabilliyin itməsi ilə baş verə bilər. Amma bu həm də onun yaşının çox olması ilə bağlıdır. O, tezliklə öləcək – bu faktdır – və bununla da müharibə başa çatacaq”, o qeyd edib. 

Zelenski martın 27-də Parisdə Avropa İttifaqına daxil olan ölkələrin liderləri ilə görüşüb.

Liderlər Ukraynaya qısamüddətli hərbi yardım, eləcə də gələcəkdə atəşkəsə dəstək və Ukrayna ordusunu gücləndirmək səylərini müzakirə ediblər.

Editor

Related Posts