Today Cümə, 18th Aprel 2025
Birinci 24

Birinci 24

“Qəzzada cəmi iki həftəlik ərzaq qalıb” – BMT

“Qəzzada cəmi iki həftəlik ərzaq qalıb” – BMT

BMT-nin Ümumdünya Ərzaq Proqramı elan edib ki, yüz minlərlə insanın şiddətli aclıq və qida çatışmazlığı riski ilə üzləşdiyi Qəzzada cəmi iki həftəlik ərzaq qalıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə təşkilatın martın 27-də yaydığı nəyanatda deyilir.

“Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Qəzzada təxminən 5700 ton ərzaq ehtiyatı qalıb ki, bu da ÜƏP əməliyyatlarını maksimum iki həftə dəstəkləmək üçün kifayətdir”, – bəyanatda deyilir.

Xatırladaq ki, İsrail bir həftədən bir qədər əvvəl Fələstin ərazilərində hərbi əməliyyatları bərpa edərək, atəşkəsdən sonra həftələrdir davam edən nisbi sakitliyi pozub.

Birləşmiş Millətlər Təşkilatı martın 26-da bildirib ki, İsrailin yeni əməliyyatları cəmi 7 gün ərzində 142 min insanı didərgin salıb. Qeyd olunub ki, İsrail humanitar yardımın Qəzzaya çatmasına mane olur.

Editor

Related Posts