Today Cümə, 11th Aprel 2025
Birinci 24

Birinci 24

Maskın peyk internet xidməti Ermənistanda aktivləşdi

Maskın peyk internet xidməti Ermənistanda aktivləşdi

İlon Maskın Starlink peyk internet xidməti Ermənistanda aktiv edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, məlumatı Mask özünün “X“ hesabında paylaşıb.

Ermənistan Starlink-in yüksəksürətli internet xidmətinin dünyada mövcud olduğu 130-cu ölkədir. Onun sürəti saniyədə 8 Qiqabitə çatır.

Ermənistanın yüksək texnologiyalar sənayesi (MHTI) naziri Mxitar Ayrapetyan deyib ki, Starlink, MHTI və əsas dövlət orqanları bu məsələnin üzərində  aylarla çalışıb.

“Ölkənin hər yerində – şəhərlərdən tutmuş ucqar bölgələrə qədər yüksəksürətli peyk interneti mövcuddur”, o qeyd edib.

Editor

Related Posts