Today Cümə, 11th Aprel 2025
Birinci 24

Birinci 24

Şuşanın Qarabağ küçəsində 10 bina inşa edilir

Şuşanın Qarabağ küçəsində 10 bina inşa edilir

Şuşa şəhərinin Qarabağ küçəsində 10 bina inşa edilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Şuşaya mediatur zamanı məlumat verilib.

“Qarabağ küçəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Onların arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var. Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir”, – mediaturda bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində aparılan tikinti işləri və iaşə obyektlərində yaradılan şəraitlə tanış olublar.

Editor

Related Posts