Today Cümə, 11th Aprel 2025
Birinci 24

Birinci 24

Marin Le Penə 4 il şərti həbs cəzası verilib

Marin Le Penə 4 il şərti həbs cəzası verilib

Fransada Milli Birlik Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen 4 il şərti həbs və 5 il səsvermə hüququndan məhrum edilib.

Birinci24 informasiya agentliyi TASS-a istinadən xəbər verir ki, müvafiq qərarı Paris məhkəməsi verib.
Məhkəmənin qərarına görə, Le Pen 4 illik şərti həbs dövrünün 2 ilində elektron qolbaq taxmalı olacaq. O, həmçinin 100 000 avro məbləğində cərimə ödəməlidir.

Səsvermə hüququnu itirdiyinə görə Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.

Editor

Related Posts