Today Cümə, 11th Aprel 2025
Birinci 24

Birinci 24

Tramp İranı, Xamenei ABŞ-ı təhdid edib

Tramp İranı, Xamenei ABŞ-ı təhdid edib

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-ı “güclü zərbə” ilə təhdid edib. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, o, bunu ABŞ Prezidenti Donald Trampın İrana qarşı hədələrinə cavab olaraq səsləndirib. 

“ABŞ və İsrailin düşmənçiliyi həmişə olub. Bizi hücum edəcəkləri ilə hədələyirlər. Biz bunu çox da ehtimal etmirik, lakin hər hansı bir fitnə-fəsad törətsələr, mütləq güclü qarşılıqlı zərbə alacaqlar”, Xamenei martın 31-i Ramazan bayramı münasibətilə etdiyi çıxışda deyib. 

Daha öncə, martın 30-u İran Prezidenti Məsud Pezeşkian Trampın Xameneiyə göndərdiyi, nüvə razılaşması üçün danışıqlara çağıran məktuba cavab olaraq bildirmişdi ki, İran ABŞ-la birbaşa danışıqlara getməyəcək.

Lakin o, vasitəçilərlə aparılan danışıqların davam edəcəyini istisna etməyib. 

Eyni gündə Donald Tramp İranı nüvə proqramında razılığa gəlməyəcəkləri halda bombalayacağı ilə hədələyib. 

“Bu, elə bir bombalama olacaq ki, beləsini əvvəllər görməyiblər”, o, “NBC”-ə müsahibəsində deyib. 

Tramp birinci prezidentliyi dövründə əvvəlki prezident Barak Obama tərəfindən imzalanmış İranla nüvə sazişindən ABŞ-ı geri çəkmişdi. 

Saziş sanksiyaların yüngülləşdirilməsi müqabilində Tehranın mübahisəli nüvə fəaliyyətlərinə ciddi məhdudiyyətlər qoymağı nəzərdə tuturdu.

Editor

Related Posts