Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Azərbaycanlı şahmatçılar FIDE reytinqində gerilədilər

Azərbaycanlı şahmatçılar FIDE reytinqində gerilədilər

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2025-ci il aprelin reytinq cədvəlini açıqlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, cədvələ əvvəlki kimi norveçli 5 qat dünya çempionu Maqnus Karlsen (2837 xal) başçılıq edir.

100 nəfəri əhatə edən siyahıda 3 Azərbaycan təmsilçisi yer alıb.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov mart ayı ilə müqayisədə 2 pillə geriləyərək 2748 xalla 13-cü yerdə qərarlaşıb.

Digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbov isə 4 pillə geriləyərək 2692 xalla 39-cu sırada yer alıb.

Həmçinin Rauf Məmmədov da 2 pillə geriləyərək 2657 xal toplayıb və 69-cu yerdə qərarlaşıb.

Editor

Related Posts