Bakıda aprelin 2-dən başlamaqla minlərlə taksi sürücüsünün tətil etməyə hazırlaşdığı bildirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov “Oxu.az” saytına açıqlama verib.
Onun dediyinə görə, sürücülərin tələbləri “taksi dayanacaqlarının sayının artırılması, sərnişin mindirib-düşürmək üçün avtobus zolaqlarından istifadəyə icazə verilməsi və minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsidir”.
Eldarov qeyd edib ki, tələblər yerinə yetirilməzsə, sürücülər tətil etməyə davam edəcək.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Xəzər TV”ə bildirilib ki, Bakıda 130 taksi dayanacağı mövcuddur və yenilərinin əlavə olunması planlaşdırılır. Avtobus zolaqları ilə bağlı isə qeyd olunub ki, bu zolaqlardan yalnız avtobuslar və operativ nəqliyyat vasitələri istifadə edə bilər.