Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3145 nəfərə çatıb, 4589 nəfər yaralanıb, 221 nəfər itkin düşüb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, Myanma fövqəladə hallar xidmətləri hələ də digər ölkələrin xilasediciləri ilə əməkdaşlıqda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. İndiyədək dağıntılar altından 653 nəfər xilas edilib, 626 nəfərin cəsədi çıxarılıb.
Qeyd edək ki, Myanmada martın 28-də 7,7 bal gücündə güclü zəlzələ baş verib. Bunun ardınca 6,4 bal gücündə ikinci təkan baş verib. Yeraltı təkanlar 5 ölkədə – Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.