Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

İran Azərbaycana səfir təyin edəcək

İran Azərbaycana səfir təyin edəcək

“İranın Azərbaycandakı səfirinin təyinatı davam edir”.

Birinci24 informasiya agentliyi “Nournews”-a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İranın Azərbaycandakı səfirinin təyinatı ilə bağlı sualı cavablandırarkən deyib.’

“Hazırda səfirin təyinatı prosesi gedir və ümid edirik ki, bu, tezliklə başa çatacaq”, – deyə XİN sözçüsü bildirib.

O, həmçinin İran prezidentinin Azərbaycana səfərinin gündəmdə olduğunu da əlavə edib.

Editor

Related Posts