Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

David Babayan: “Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”

David Babayan: “Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 7-də davam etdirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, məhkəmə prosesində Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq D.Babayan etiraf edib ki, vaxtilə Ermənistanın işğalı altında olan suveren ərazilərimizdə məskunlaşmış erməni sakinlərin Azərbaycana inteqrasiyasına qarşı olub. O deyib ki, “inteqrasiya mümkünsüz idi”.

Sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Nəsir Bayramov David Babayanın vaxtilə mediaya müsahibəsini xatırladıb. Müsahibədə təqsirləndirilən şəxs o zaman işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiyasına qarşı olduğunu, azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkünsüzlüyünü qeyd edib. Dövlət ittihamını müdafiə edən prokurorun müsahibədəki fikirlərlə bağlı suallarına cavabında D.Babayan azərbaycanlılarla ermənilərin birgəyaşayışın perspektivini görmədiyini, inteqrasiyasının mümkünsüz olduğunu deyib. Bildirib ki, təqsirləndirilən digər şəxslər – Arayik Arutyunyan, Ruben Vardanyan, habelə qondarma rejimin başqa “vəzifəli” şəxsləri də inteqrasiyanın əleyhinə olublar.

“Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”, – deyə o vurğulayıb.

Editor

Related Posts