Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

ABŞ-İran gərginliyi artır – BMT narahatdır

ABŞ-İran gərginliyi artır – BMT narahatdır

BMT İran və ABŞ arasında münasibətlərin gərginləşməsindən narahatdır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə çıxışı zamanı deyib.

“ABŞ və İran arasında münasibətlərin gərginləşməsindən açıq şəkildə narahatıq. Eyni zamanda, vasitəçi ölkənin iştirakı ilə dolayı danışıqların keçirilməsi ehtimalını müsbət qarşılayırıq. Ümid edirik ki, bu fürsət gerçəkləşəcək”, – deyə Düjarrik qeyd edib.

Qeyd edək ki, İran XİN-in sözçüsü İsmail Baqai də daha əvvəl verdiyi açıqlamada ABŞ-ın dolayı danışıqlara razılıq verəcəyini ehtimal etdiklərini bildirmişdi. Onun sözlərinə görə, əgər danışıqlar baş tutarsa, ehtimal olunur ki, vasitəçi rolunu Oman oynayacaq.

Editor

Related Posts