Bakının Nizami rayonunun Heydər Əliyev prospektində baş verən qəzanın görüntüləri yayılıb.
Birinci24 informasiya agentliyi sosial şəbəkələrdə yayılan həmin kadrları təqdim edir:
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hadisə ilə bağlı yaydığı məlumata əsasən, hadisə Bakının Nizami rayonunun Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verib:
“Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür”.
Sosial şəbəkələrdə yayılan məlumata görə, “BYD” markalı, üzərində “Bolt”un loqosu olan avtomobil beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzaya uğrayan avtomobilin “Ford” markalı başqa maşının üstünə düşərək onu aşırdığı, həmçinin daha bir neçə avtomobilə də ziyan vurduğu bildirilir.