İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr bir saatdan artıqdır ki, davam edir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə TASS-a məlumatlı mənbələrdən bildirilib.
“Danışıqlar konstruktiv şəkildə davam edir”, – agentliyin həmsöhbəti deyib. Məsləhətləşmələrin bir neçə saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edir.