Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

Türkiyə və İsrail rəsmiləri Azərbaycanda görüşüb

Türkiyə və İsrail rəsmiləri Azərbaycanda görüşüb

Azərbaycanda Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib.

Birinci24 informasiya agentliyi Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindəki mənbələrdən bildirilib.

Nazirliyin rəsmisi Suriyada qarşıdurma olmaması üçün Türkiyə ilə İsrail arasında hər hansı bir görüşün baştutub-tutmaması ilə bağlı suala belə cavab verib:

“Suriyada arzuolunmaz hadisələrin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı dünən Azərbaycanda ilk görüş keçirilib. Gərginliyin azaldılması mexanizminin yaradılması istiqamətində işlər davam etdiriləcək”.

Editor

Related Posts