Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Azərbaycanlı müğənni: “Atama heç vaxt halallıq verməyəcəyəm”

“Atam ölüm ayağında olanda məni çağırdılar ki, gəl halallıq ver. Getmədim, heç vaxt da halallıq verməyəcəyəm. Axirətdə də Allah inşallah məni onunla qarşı-qarşıya qoyar, mən də hesabatımı istəyərəm. Çünki, mənim öz atam yanımda olsaydı, həyatın bəzi üzlərini görməzdim”.

Bu sözləri müğənni Günel Ələkbərova qonaq olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişində deyib.

Sənətçi atasına halallıq verməməsinin səbəbini izah edib.

“O, yanımızda olsaydı, ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa… Siz mənim yerimdə olsaydınız, halallıq verərdiniz?”, – deyə Günel qeyd edib.

admin

Related Posts