Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

ABŞ-İran danışıqlarının ikinci raundu Romada keçirilə bilər

ABŞ-İran danışıqlarının ikinci raundu Romada keçirilə bilər

ABŞ-İran nüvə danışıqlarının növbəti mərhələsi İtaliyanın paytaxtında keçirilə bilər.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.

Onların fikrincə, Amerika və İran rəsmiləri arasında görüş Omanın Maskat şəhərindəki dolayı danışıqlardan fərqli olaraq, yəqin ki, şəxsi formatda və bir otaqda baş tutacaq. Portal yazır ki, görüşdə omanlı vasitəçilər də iştirak edə bilər.

“Axios” xəbər verir ki, ABŞ və İran rəsmiləri arasında keçiriləcək ikinci görüşdən əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə etmək üçün Tehrana səfər edəcək.

Qeyd edək ki, aprelin 12-də Omanda Tehran və Vaşinqton nümayəndələri arasında İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə ilk məsləhətləşmələr keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edib. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Editor

Related Posts