Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

““OpenAI” öz sosial şəbəkəsini yaratmaq üzərində işləyir” – KİV

““OpenAI” öz sosial şəbəkəsini yaratmaq üzərində işləyir” – KİV

““ChatGPT”nin tərtibatçısı “OpenAI”, “Twitter”ə bənzər öz sosial şəbəkəsini yaratmaq üzərində işləyir”.

Birinci24 informasiya agentliyi  xəbər verir ki, bu barədə “The Verge” mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, layihə hələ ilkin mərhələdədir, lakin daxili prototip artıq mövcuddur. “OpenAI”nin baş direktoru Sam Altman artıq özəl olaraq kənar şəxslərdən layihə ilə bağlı rəy soruşub.

Sosial şəbəkənin ayrıca proqram şəklində buraxılacağı və ya “ChatGPT”ə inteqrasiya ediləcəyi hələlik bəlli deyil.

Nəşr qeyd edib ki, öz sosial şəbəkəsi “OpenAI”yə real vaxt rejimində öz məlumatlarını toplamağa imkan verəcək ki, bu da ona “ChatGPT”ni öyrətməyə imkan verəcək.

Editor

Related Posts