Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

“Time” dünyanın 100 ən nüfuzlu adamın adlarını açıqladı

“Time” dünyanın 100 ən nüfuzlu adamın adlarını açıqladı

“Time” jurnalı 2025-ci il üzrə dünyanın 100 ən nüfuzlu adamının siyahısını dərc edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, siyahı altı kateqoriyaya bölünür.

“Liderlər” kateqoriyasına ABŞ Prezidenti Donald Tramp, ölkənin vitse-prezidenti J.D.Vens, “SpaceX”in yaradıcısı İlon Mask daxil olub.

Bu kateqoriyaya həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın gələcək kansleri Fridrix Merz, Argentina prezidenti Xavyer Miley və Bəşər Əsədin devrilməsindən sonra təyin olunmuş Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa da daxildir.

Jurnal müğənni Ed Şıran və aktrisa Skarlett Yohanssonu sənətçilər kateqoriyasına daxil edib.

“İkonlar” arasında aktyorlar Demi Mur və Edrien Brodi, eləcə də ərinin on il ərzində ona trankvilizatorlar verdiyini və yad adamları dəvət edərək təcavüz edildiyini açıqlayan fransız Jizel Pelico daxildir.

Digər üç kateqoriya “titanlar” (buraya tennisçi Serena Uilyams, gimnastika üzrə çoxsaylı Olimpiya çempionu Simon Baylz və “Meta”nın qurucusu Mark Zukerberq daxildir), “pionerlər” və “yenilikçilər”dir.

Editor

Related Posts