Bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Birinci24 informasiya agentliyi avtosfer.az-a istinadən xəbər verir ki, hadisə saat 12:26 radələrində qeydə alınıb.
Belə ki, Fəzail Elşad oğlu Cəlilovun idarə etdiyi 99-BT-665 dövlət nömrə qeydiyyatlı “Hyundai Elantra” markalı avtomobil hərəkətdə olarkən yol kənarında dayanmış Namiq Tahir oğlu Məhərrəmova məxsus 99-RR-219 dövlət nömrə nişanlı “DAF” markalı yük maşınının qoşqusuna çırpılıb. Zərbənin təsirindən maşının ön hissəsi yük avtomobilinin altında qalıb.
Sürücü aldığı xəsarətlərdən oradaca vəfat edib.
Qəza yerinə polis əməkdaşları və evakuator cəlb olunub.
Faktla bağlı araşdırma davam edir.