Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

İran Putinin Tehrana səfərinin 2025-ci ildə baş tutacağına ümid edir

İran Putinin Tehrana səfərinin 2025-ci ildə baş tutacağına ümid edir

İran Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ildə Tehrana səfərini gözləyir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

“İran prezidenti cənab Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putini Tehrana səfərə dəvət edib. Ümid edirik ki, bu səfər cari 2025-ci ildə baş tutacaq”, – Əraqçi qeyd edib.

Qeyd edək ki, Pezeşkian 2025-ci ilin yanvarında Moskvaya səfər edib. Yanvarın 17-də Kremldə keçirilən danışıqlardan sonra Rusiya Federasiyası və İran prezidentləri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqavilə imzalayıblar.

Editor

Related Posts